Məşqçilər Komitəsinin üzvləri Ramin Musayevlə görüşdü
06.01.2015 - 11:48
Məşqçilər Komitəsinin üzvləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüblər. Apasport.az saytının PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan futbolunun hazırkı durumu və qarşıda duran planlar müzakirə olunub.
Görüşdə Məşqçilər Komitəsindən yalnız Şahin Diniyev iştirak etməyib. Təcrübəli mütəxəssis Valentin Qranatkin turnirini izləmək üçün Sankt-Peterburqa yollandığından, bu görüşə qatıla bilməyib.
0
0