Messi 500-cü oyununu keçirdi
01.04.2014 - 22:30
“Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messi Çempionlar Liqasında “Atletiko”ya qarşı oyunda növbəti yubileyi qeyd edib. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu professional karyerasında 500-cü oyununu keçirib.
Professional futboldakı 11 il ərzində Messi 499 oyun keçirib. O, bu oyunlardan 415-ni “Brselona”nın, 84-nü Argentina yığmasının heyətində oynayıb. 26 yaşlı hücumçu keçirdiyi oyunlarda 386 qol vurub, 152 məhsuldar ötürmə edib.
0
0