Messi: Yığmada daha yaxşı oynayacağam
22.05.2014 - 06:53
Messi: Yığmada daha yaxşı oynayacağam

 

Argentina millisinin ulduzu Lionel Messi dünya çempionatı zamanı “Barselona”da göstərdiyi oyundan daha yaxşı oynayacağını bildirib. Apasport.az saytının məlumatına görə, futbolçu yığma komandada ondan gözləniləndən çox zəif çıxış etdiyini bildiyini deyib.

 

Messi yığma komandada atmosferin fərqli olduğunu vurğulayıb: “Karyerama baxanda, “Barselona”nın heyətində daha yaxşı oynadığımı bilirəm. Bu dəfə isə tam tərsinin olacağını gözləyirəm. Məşqlərdə var gücümü qoyaraq, tam hazır vəziyyətdə olacağam”.

 

Messi “Barselona”nın bu mövsüm uğursuz çıxış etməsində hamının günahkar olduğunu qeyd edib: “Mən də daxil olmaqla, bütün komandada enerji çatışmazlığı vardı”.