“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi səhhətindən danışıb. Apasport.az saytının məlumatına görə, argentinalı bildirib ki, nə baş verdiyini anlaya bilmir.
Xatırladaq ki, Argentinanın Rumıniya ilə keçirdiyi yoldaşlıq görüşünün 10-cu dəqiqəsində Messi meydançada qusub. Amma 26 yaşlı hücumçu sona qədər oynayıb. Bundan əvvəl isə 2 dəfə Messinin meydanda qusduğu qeydə alınıb.
Messi bildirib ki, onunla belə hallar məşqdə, oyun zamanı, evdə baş verir: “Nə baş verdiyini bilmirəm. Mən minlərlə müayinədən keçmişəm. Bəzən bu, oyun zamanı və ya oyundan əvvəl baş verir. Mənim ürəyim bulanır, sonra qusuram. Amma sonda hər şey keçib gedir, qaydasına düşür”.