Baş məşqçi Luis Enrike ilə yola getməyən “Barselona”nın hücumçusu Lionel Messi artıq təkliflər almağa başlayıb. Apasport.az xəbər verir ki, xüsusən də, PSJ, “Mançester Siti” və “Çelsi” bu keçiddə maraqlıdı.
İlk iki komandanın argentinalını almağı, demək olar ki, qeyri-mümkündü. Çünki həm PSJ, həm də “Mançester Siti” maliyyə feyr-pleyini pozduqları üçün cəzalıdılar. Belədə “Çelsi” yarışda tək qalıb. London klubunun sahibi Roman Abramoviç 27 yaşlı oyunçunun transferi üçün nə az, nə çox, düz 500 milyon funt-sterlinq ayırıb. Bu məbləğin 200 milyonu artıq “Barselona”ya təklif edilib.
Transfer baş tutacağı təqdirdə Messi “Çelsi” ilə 6 illik müqavilə imzalayacaq. Maaş və əlavə mükafatlarla birlikdə futbolçunun 6 il ərzində ümumi qazancı isə 300 milyon funt-sterlinq təşkil edəcək.