Messi və İnyestanın taleyini həll edən şəxs öldü
09.05.2014 - 21:54
Messi və İnyestanın taleyini həll edən şəxs öldü

 

Lionel Messi və Andres İnyestanı “Barselona” futbol klubuna gətirən Joan Lakueva 65 yaşında vəfat edib. Apasport.az saytının məlumatına görə, məhz Lakueva Messinin ilk hormonal terapiyası üçün cibindən 2 min avro ödəyib.

 

Klubun direktorlar şurası və texniki personal o zaman 12 yaşı olan Messiyə qoyulan hətta ən cüzi investisiyanın özünü doğrultmayacağını düşünüb. Buna görə də, onun hormonal terapiyasının yoxlanılması uzadılıb. Bu zaman Lakueva ortaya çıxaraq cibindən 2 min avro ödəyib.

 

Lakueva Messinin “Barsa” ilə salfet üzərində ilk müqaviləsini imzaladığı gün də orada olub. Həmin salfet son günlərə qədər Joanın şəxsi arxivində saxlanılıb. Bu müqavilənin tezliklə Kataloniya klubunun muzeyinə veriləcəyi bildirilir.

 

Joan Lakueva Andres İnyestanın da “Barselona”ya gətirilməsində çox vacib rol oynayıb.