FİFA-nın ilin ən yaxşı futbolçusu üçün keçirdiyi ənənəvi səsvermədə ilk iki yeri tutan Lionel Messi və Kriştianu Ronaldonun seçimi oxşar olub. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu klubundakı komanda yoldaşlarına səs verib.
Argentina millisinin kapitanı kimi səs verən Messi İspaniya “Barselona”sının üzvlərini ilk “üçlüy”ə qoyub. O, Luis Suaresi 1-ci, Neymarı 2-ci, Andres İnyestanı 3-cü pilləyə layiq bilib.
Portuqaliya yığmasının kapitanı Ronaldo isə digər İspaniya nəhəngi “Real”ın futbolçularını fərqləndirib. O, Kərim Benzema, Hames Rodriges və Qaret Beyli ən yaxşı hesab edib.
Messi məşqçi nominasiyasında da “Barselona”nın çalışdırıcısı Luis Enrikeni ən yaxşı sayıb. Argentinalı Xorxe Sampaoli və Dieqo Simeoneyə də səs verib.
Ronaldo isə sabiq “Real”lılar Karlo Ançelotti və Joze Mourinyonu ilk iki pilləyə layiq bilib. “Kral klubu”na bağlı olanlara səs verməyən Messidən fərqli, portuqaliyalı “Barselona”nın keçmiş məşqçisi Pep Qvardiolanı “üçlüy”ə daxil edib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi