Argentina millisinin baş məşqçisi Xerardo Martino Avropada top qovan argentinalı futbolçuların bir çoxunu bu il baş tutacaq Rio olimpiadasına aparmayacağını deyib. Apasport.az saytının məlumatına görə, Martino Argentinanın "Clarin" qəzetinə açıqlama verib.
"Avropada top qovan argentinalı oyunçular mövsüm ərzində çox oyuna çıxırlar. Məsələn, Messi bir mövsüm ərzində digər futbolçularla müqayisədə daha çox oyun keçirir. Bu da, onun çıxış etdiyi klubun (Barselona) uğurlu çıxışıyla bağlıdı.
Belədə, Messini həm Amerika kuboku, həm də Rio olimpiadasında iştirak edəcək millinin heyətinə daxil etsəm, onun istirahət üçün vaxtı olmayacaq. Məhz buna görə, Avropada çıxış edən futbolçuların bir çoxunu Rio De Janeyroda keçiriləcək olimpiya oyunlarına aparmayacam. Əvəzində, onların xidmətindən DÇ-2018-in seçmə mərhələ və Amerika kuboku oyunlarında istifadə edəcəm" - deyə o, bildirib.
Xatırladaq ki, Amerika kuboku bu il, iyunun 3-dən 26-dək ABŞ-da təşkil ediləcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi