Messi yığmanın heyətindəki oyunlara görə Maradonanı keçdi
10.07.2014 - 02:57
Argentina yığmasının hücumçusu Lionel Messi milli komandanın heyətində keçirdiyi oyunların sayına görə əfsanəvi Dieqo Maradonanın göstəricisini üstələyib. Apasport.az saytının məlumatına görə, Hollandiyaya qarşı yarımfinal oyunu 27 yaşlı hücumçu üçün “albiselestenin” heyətində 92-ci oyun olub.
Qeyd edək ki, yığmanın heyətində vurulan qolların sayına görə Messi Maradonanı çoxdan geridə qoyub. Maradona Argentina yığmasının heyətində 34 qol vurub. Messinin aktivində isə artıq 42 qol var. Amma Maradona 1986-cı ildə dünya çempionu olub. Messi isə hələlik buna nail ola bilməyib.
0
0