Milinko Pantiç: Qələbə qazandıqdan sonra soyuq hava da unudulur
02.02.2014 - 17:09
Milinko Pantiç: Qələbə qazandıqdan sonra soyuq hava da unudulur

“Qələbə qazandıqdan sonra soyuq hava da unudulur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

 

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XIX turunun “Rəvan”la paytaxt derbisinə şərh verib. Pantiç 5:1 hesablı qələbədən məmnun qalıb: “Mükəmməl oyun oynadıq, qalib gəldik. Oyundan çox razıyam, İspaniyadakı toplanışda göstərdiyimiz oyunu burada da göstərdik. Aqressiv oynadıq, komandamı təbrik edirəm”.

 

Mənbə: pfl.az