Milinko Pantiç: Hakimə meydanda kömək etmək lazımdır
15.02.2014 - 16:20
Milinko Pantiç: Hakimə meydanda kömək etmək lazımdır

“Neftçi”ni məğlub etdikdən sonra hamımız sevincli olmalıyıq. Yaxşı oyun göstərdik. İlk hissənin əvvəlində rəqib hücuma atıldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

 

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XXI turunun “Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbəyə şərh verib: “Neftçi”nin bu qədər hücumameylli oynayacağını gözləmirdim. Fasilədə komandaya səbrlə oynamağı tapşırdım, qol vuracağıq dedim. İkinci hissədə fərqli oyun gördük, qalib gəldik. Bizim üçün çempionat indi başlayır. “Neftçi” ilə xal fərqimizi azaltdıq. Hər şey hələ qabaqdadır. “Xəzər Lənkəran”la oyuna yalnız 3 xal üçün çıxacağıq. Bu qələbə növbəti oyunlara köklənmək üçün bizə çox kömək edəcək. Hakimə meydanda kömək etmək lazımdır, futbolçulara hakimlə mübahisə etməməyi tapşırmışdım. Gözəl oyuna görə hakimləri də təbrik edirəm”.

 

Mənbə: pfl.az