[b]Milinko Pantiç dilini dinc qoymadı: “Bakı”nı “Neftçi”yə qarşı “hazırladılar”[/b]
29.03.2014 - 17:47
[b]Milinko Pantiç dilini dinc qoymadı: “Bakı”nı “Neftçi”yə qarşı “hazırladılar”[/b]

"Qələbə qazandığımız üçün şadam. Görüşdə bəzi şeylər oldu ki, onları şərh etmək istəmirəm. Oyundan kənarda bəzi hadisələr baş verir. Hakimin Vüqar Mustafayevə qırmızı vərəqə verməsinin səbəbini anlamadım. Əgər o, söyüşə görə vərəqə göstərdisə, Draqana da eyn cəzanı verməli idi. Çünki o da söydü”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

 

Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində "Simurq" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edən serbiyalı mütəxəssis bildirib ki, əgər vərəqə verilirsə, bütün dillərdə səslənən söyüşlərə görə cəza olmalıdı: “10 nəfərlə də yaxşı oynadıq. Rauf Əliyev məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Oyun gününə az qalmış ondan yaxşı olub-olmadığını soruşdum, müsbət cavab verdi. Ona görə bu matçın start heyətinə daxil etmişdim. Qarşıdakı "Neftçi" ilə görüşdə 2 əsas futbolçumuz olmayacaq. Rauf da oynamayacaq. Etto sarı vərəqə limitini doldurdu. Gördüyünüz kimi, "Bakı"nı "Neftçi"yə qarşı "hazırladılar". Bu vərəqələri anlaya bilmirəm".