“İnter”in ulduz futbolçusu Dieqo Milito gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 34 yaşlı hücumçu uzun müddətli zədədən sonra artıq komandasına kömək edə biləcək vəziyyətə çatdığını bildirib.
XVIII turdakı “Latsio” matçı ilə heyətə qayıdan argentinalı forvard Milan klubunun uğurları üçün var gücü ilə çalışacağını deyib: “Ümid edirəm ki, növbəti 3 ayda komandama kömək edə biləcəm. Təxminən bir illik fasilədən sonra yaşıl meydanlara qayıtmaq asan deyil. Amma mən maksimum dərəcədə çalışacam ki, komandama kömək edim. Görək, iyunda taleyim necə olacaq”.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Milito 2009-cu idə digər İtaliya A Seriyası təmsilçisi “Cenoa”dan Milan klubuna keçib.