Milli komandada 22 futbolçu
18.02.2016 - 18:15
Milli komandada 22 futbolçu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Belarusla yoxlama oyunları üçün heyətini açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 10-da və 12-də baş tutacaq qarşılaşmalara 22 futbolçu çağırılıb.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək görüşlərdə millimiz ölkə xaricində çıxış edən legionerlərin də xidmətindən yararlanacaq: Vesela Borukova (“Lerida”, İspaniya), Natalya Rodelqo (“Atletiko”, İspaniya), Mərvə Özdəmir (“Ayntraxt”, Frankfurt, Almaniya), Samara Ortiz, Malena Ortiz (hər ikisi “Kanillas”, İspaniya), Dilqə Uyğun, Gizəm Tənəkəci (hər ikisi “Frankfurt”, Almaniya), Günay İsmayılova, Roza Quliyeva, Nigar Cəlilli (hamısı “Fidan”), Çağla Kanpara (“Herta”, Almaniya), Manə Mollayeva (“Qəbələ”), Kristina Bakarandze, Süsən Mənsimova, Aysun Əliyeva (hamısı “Neftçi”), Lusiya Sançez, Yaiza Relea (hər ikisi “Rayo Vallekano”, İspaniya), Aytac Şərifova, Vüsalə Hacıyeva, Nərmin Rəhmanova, Firəngiz Teymurova (hamısı “Təhsil”), Diana Məmmədova (UGİM, Krasnoyarsk, Rusiya).

 

Qeyd edək ki, Azərbaycan – Belarus oyunlarının hər ikisi saat 18:00-da başlayacaq.