Litva yığmasında yeni baş məşqçi
13.01.2016 - 09:24
Litva yığmasında yeni baş məşqçi

Litva millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisinin əsas yığması Edqaras Yankauskasa həvalə olunub.

 

O, Litva Futbol Federasiyası ilə 2 illik müqavilə imzalayıb. DÇ-2018-in seçmə mərhələsinin sonunadək millinin baş məşqçisi olacaq Yankauskas son 3 ayda bu vəzifəni icra edirdi.

 

İqor Pankratyevin istefaya göndərilməsindən sonra komandaya rəhbərlik edən çalışdırıcı bunadək Rusiyanın “Lokomotiv” və Şotlandiyanın “Xarts” klublarında köməkçi, Litva “Trakai”sində baş məşqçi kimi fəaliyyət göstərib.

 

Qeyd edək ki, Litva qarşıdakı seçmə mərhələdə İngiltərə, Şotlandiya, Slovakiya, Sloveniya və Malta ilə eyni qrupda yer alıb.