19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Nikolay Adam növbəti təlim-məşq toplanışına qatılacaq futbolçuları müəyyənləşdirib.
Fevralın 24-dən 28-dək Bakıda beş tutacaq hazırlıqlara 25 oyunçu çağırılıb. Bunlar Ağaseyid Qasımov (“Qarabağ”), Ravil Məhəmmədov, Pərviz Qaraxanov, Fəhmin Muradbəyli (hamısı “Neftçi”), Elnur Cəfərov, İlyas Səfərzadə, Mirafiq Həsənzadə (hamısı “Xəzər Lənkəran”), Bilal Qəmbərov, Ülvi İbazadə (hər ikisi “İnter”), Təyyar Məmmədov, Yusup Xakimov, Budaq Nəsirov (hamısı “Bakı”), Əfsər Məmmədov (“Lokomotiv”), Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Etiram Şaxverdiyev, Qismət Əliyev, Emin Zamanov (hamısı “Qəbələ”), Mirkamil Əliyev (“Rəvan”), Mahir Mədətov (“Lans”, Fransa), Mirkamil Həşimli (“Fənərbaxça”, Türkiyə), Şahban Cəbrayılov (“Anji”, Rusiya), Rövşən Qasımov, Renat Hüseynov (hər ikisi “Amkar”, Rusiya) və Kənan Məhəmmədovdur (“Kolomyaqi”, Rusiya).