Milli komandamıza 25 futbolçu çağırıldı
15.01.2015 - 16:12
Milli komandamıza 25 futbolçu çağırıldı

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər korpusu təlim-məşq toplanışı üçün 25 futbolçuya dəvət göndərib.

 

Yanvarın 17-də start götürəcək seleksiya xarakterli toplanış ayın 19-dək davam edəcək.

 

Toplanışa dəvət alan futbolçuların siyahısı belədi: Elçin Mustafayev, Hüseyn Əhmədov, Emil Rzayev, Orxan Məstanov (hamısı “Əlincə”), Məhərrəm Əhmədov, Asim Əlizadə, Məmməd Nəsibov (hamısı “Neftçi”), Rauf Hüseynov, Məzahir Əhmədov, Nicat Mehbalıyev (hamısı “Bakı”), İlkin Hümbətəliyev, Rüstəm Mirzəli, Ruzi Abdullayev (hamısı AZAL), Elvin Cəfərquliyev, Samir Alıyev (hər ikisi “İnter”), Elgün Alməmmədov, Səid Əliyev (hər ikisi “Qarabağ”), Əli Qurbanov, Sübhan Məmmədli (hər ikisi “Xəzər Lənkəran”), Davud Mahmudov, Taci Əliyev (hər ikisi “Simurq”), Cavid Quliyev, Teymur Nadirov (hər ikisi “Sumqayıt”), Emil Həmidov, Elkin Mirzəhmədov (hər ikisi “Şahdağ”).