Milli komandamıza 25 futbolçu çağırıldı
02.04.2014 - 11:40
Milli komandamıza 25 futbolçu çağırıldı

15 yaşadək futbolçulardan ibarət yığmamızın heyəti açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın aprelin 7-dən 11-dək Bakıda təlim-məşq toplanışı keçiriləcək.

 

Həmin toplanışa 25 futbolçu dəvət olunub: Bunlar Məhərrəm Əhmədov, Soltan Mürşüdov, Hüseyn Hüseynzadə, Elton Əlibəyli, Vüsal Mustafayev, Seymur Əliyev, Fərid Mahmudov, Mehman Süleymanlı, Xəzər Mahmudov (hamısı “Neftçi”), Nicat Mehbalıyev, Fərid Nadirov, Ayxan Abbasquliyev, Şakir Seyidov, Orxan Məstanov, Turan Vəlizadə, Tahir Zeynalov (hər üçü “Əlincə”), Bayram Paşazadə, Həsənəli Ağayev (hər ikisi “İnter”), Nicat Quluzadə, Səid Əliyev, Nicat Məmmədov (hər üçü “Qarabağ”), Samir Ağakişiyev, Kamran Quliyev (hər ikisi “Qəbələ”), İsmayıl Bünyadov və Yusif Mustafayevdir (hər ikisi “Neftçi” İSM).