Milli komandamızın üzvü oynadı, komandası qalib gəldi
16.07.2015 - 20:36
Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun şərəfini qoruduğu Almaniyanın “Karlsrue” klubu yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
Hazırlıqlarını Avstriyada davam etdirən II Bundesliqa komandası İsveçrənin “Aarau” klubu ilə üz-üzə gəlib. Görüş Almanya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Nazarov 60-cı dəqiqədə, komandası 1:0 hesabı ilə irəlidə olarkən meydana daxil olub.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0