19 yaşadək qızlardan ibarət yığmamızın növbəti təlim-məşq toplanışının vaxtı və yeri müəyyənləşib. Apasport.az saytı AFFA-nın saytına istinadən xəbər verir ki, Patrisiya Qonsalesin yetirmələri fevralın 18-dən 25-ə qədər Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.
Toplanışa 16 futbolçu aparılacaq: Aytac Şərifova, Kader Əlimova, Aysun Əliyeva, Süsən Mənsimova, Kamilə Məmmədova (hamısı “Səbail”), Zülfiyyə Bayramova (Xaçmaz), Jalə Məmmədova (Binə), Nigar Cəlilli, Şəfəq Nəsirova, Jalə Məhsimova (hamısı “Fidan”), Emeli Bibeziç (“Nakdala”, İsveç), Gülənbər Qasımova (UGİM, Qax), Süheyla İltər (“Qrün-Vayss Noykölnn”, Almaniya), Vivien Hillebrand (“Türkiyəmspor”, Almaniya), Canan Berna Yığın (“Vasalund”, İsveç), Melis Sarıaltın (“Köln”, Almaniya).
Qeyd edək ki, millimiz Antalyada olduğu müddətdə Türkiyədən olan müvafiq yığma ilə 2 yoldaşlıq oyunu da keçirəcək. “Əmirhan” İdman Kompleksində keçiriləcək qarşılaşmalar fevralın 22-si və 24-də baş tutacaq.
Türkiyəyə qarşı oynayacaq millimizin heyəti açıqlandı
13.02.2014 - 16:49
0
0