[b]Millimizdə yeni futbolçu[/b]
20.05.2014 - 14:16
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Norveçə qarşı keçiriləcək matçın hazırlıqlarına daha bir futbolçu çağırılıb.
Belə ki, sabah bir araya gələcək yığmanın təlim-məşq toplanışında "Bakı"nın üzvü Vüqar Mustafayev də iştirak edəcək. Gənc futbolçu hazırlıqlarda özünü yaxşı tərəfdən göstərərsə, Bakıdakı oyunda meydana çıxacaq.
Qeyd edək ki, Mustafayev Avro-2016-nın seçmə mərhələsində meydana çıxmayıb
0
0