Yığmada yeni futbolçu
26.05.2014 - 17:33
Yığmada yeni futbolçu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Bakının "Neftçi" klubundan Emil Balayev yığmaya dəvət olunub.

Gənc futbolçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunun hazırlıqlarında iştirak edəcək. Baleyev milliyə mayın 29-da qoşulacaq.

Mənbə: affa.az