Millimiz 1 pillə gerilədi
20.05.2014 - 08:18
Millimiz 1 pillə gerilədi

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 151 yığması yer alıb.

 

Bu komandalardan 103-ü əsas siyahıya daxil edilib. Digər 48 milli isə son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb.

 

Hesabında 1391 xal olan Azərbaycan yığması siyahıda 1 pillə geriləyib. Ötən reytinq cədvəlində 9-cu olan millimiz 10-cu yerə düşüb. Bu geriləməyə səbəb isə Yaponiyanın irəliləməsidir. Belə ki, asiyalılar “Top-10”a qayıdıb.

 

1. Braziliya - 1928

2. İspaniya - 1915

3. İtaliya - 1771

4. Rusiya – 1739

5. Argentina – 1641

6. Portuqaliya - 1616

7. İran - 1602

8. Ukrayna – 1460

9. Yaponiya - 1413

10. AZƏRBAYCAN – 1391