17 yaşadək qızlardan ibarət yığmalar arasında UEFA-nın inkişaf mini-turnirində II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş yarışın ikinci günü meydan sahibləri ilə Farer adaları arasında matçla yekunlaşıb.
Bu qarşılaşmada 3:0 hesabı ilə qalib gələ adalılar xal hesabında liderə çatıb. Farer adaları ilə Türkiyə son turun öz aralarındakı oyununda qalibi müəyyənləşdirəcək.
Estoniyanın qalib gələ bilməməsi Azərbaycan yığmasının 2-ci yerə nəzəri şanslarının da üstündən xətt çəkib. Hər iki oyunda uduzan komandamız indi yalnız 3-cü yer üçün mübarizə aparacaq. Farer adalarından 1, Türkiyədən 2 acavbsız qol buraxan yığmamız Estoniyaya uduzmamalıdır ki, sonuncu olmasın.
|
1 |
Türkiyə |
2 |
2 |
0 |
0 |
5-0 |
6 |
|
2 |
Farer adaları |
2 |
2 |
0 |
0 |
4-0 |
6 |
|
3 |
Azərbaycan |
2 |
0 |
0 |
2 |
0-3 |
0 |
|
4 |
Estoniya |
2 |
0 |
0 |
2 |
0-6 |
0 |