FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrda baş tutan oyunlardan sonra açıqlanan siyahıda böyük dəyişikliklər olub. Buna səbəb yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakteri daşımasıdı.
Hesabat dövründə 2 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub.
AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandanız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib. Komandamız indi sıralamada 126-cı yerdədi. Lüksemburqla şərik olan millimiz Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.
Ümumiyyətlə, komandamızın qərarlaşdığı 13-cü “onluq”da futbol ölkəsi sayılmayanların arasında qərarlaşıb. İki Avropa yığmasının əhatəsində 5 Afrika, 2 Asiya, 1 Şimali Amerika təmsilçisi də var.
Millimiz və “qonşuları”
121 (107). Niger – 258
122 (120). Kanada – 251
123 (126). Liberiya - 249
124 (121). Livan - 246
125 (114). Ekvatorial Qvineya - 238
126 (95). Azərbaycan - 233
126 (127). Lüksemburq - 233
128 (130). Burundi - 232
129 (134). Filippin - 229
130 (130). Qvineya-Bisau - 226
İlk “onluq”un tərkibində də dəyişikliklər olub. Belçika və Fransa buradakı mövqeyini yaxşılaşdırıbsa, Hollandiya, Uruqvay və İspaniya geriləyib. İsveçrə buranı tərk edib, Portuqaliya isə ora daxil olub. Almaniya, Argentina və Kolumbiya isə ilk 3 pillədəki mövqelərini qoruyub.
İlk “onluq”
1 (1). Almaniya – 1669
2 (2). Argentina – 1565
3 (3). Kolumbiya – 1420
4 (5). Belçika – 1388
5 (4). Hollandiya - 1375
6 (6). Braziliya – 1307
7 (9). Fransa – 1191
8 (7). Uruqvay – 1184
9 (11). Portuqaliya - 1175
10 (8). İspaniya - 1119
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən 3-ü irəli, 3-ü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib. Qrupumuzda yer alan Bolqarıstan 13, Malta isə 2 pillə geriləyib.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupundakı komandalar
11 (13). İtaliya – 1064
14 (19). Xorvatiya – 1002
59 (46). Bolqarıstan - 532
68 (76). Norveç - 481
126 (95). AZƏRBAYCAN – 233
157 (155). Malta – 129
Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdir. “Ay-ulduzlular” 8 pillə geriləyib.