Millimiz 54 yaşlı stadionda
07.03.2014 - 11:37
Mayın 27-də keçiriləcək ABŞ – Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, San-Fransiskodakı yoxlama oyunu “Kandlestik park”da baş tutacaq.
1958-ci ildə tikintisinə başlanan bu arenanın açılışı 1960-cı ilə təsadüf edib. 69732 tamaşaçı tutumuna malik stadionda futbolla yanaşı, beysbol və amerika futbolu üzrə oyunlar da keçirilir. Arenanın meydanı təbii ot örtüyünə malikdir.
0
0