Millimiz “Şerif”in stadionunda
20.02.2014 - 10:27
Millimiz “Şerif”in stadionunda

21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 5-də baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Tiraspolda keçiriləcək görüşü qəbul edəcək stadion da dəqiqləşib. Oyun ”Şerif İndor Sports Hall” stadionunda keçiriləcək. Bu arena “Şerif” klubuna məxsus idman kompleksinin tərkibindədir.

 

Mənbə: affa.az