Millimiz “Udineze” ilə bacarmadı
25.08.2014 - 09:21
Millimiz “Udineze” ilə bacarmadı

Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, İtaliyanın "Udineze" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Nicat Süleymanov vurub.

 

Mənbə: affa.az