Millimiz Almaniyada 4 oyun keçirəcək
29.09.2014 - 13:26
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın növbəti təlim-məşq toplanışının vaxtı və yeri bəlli olub.
Belə ki, millimiz oktyabrın 12-dən 24-dək Almaniyada hazırlıq keçəcək. Yığmamız bu ölkənin Heusenstamm şəhərində toplanışda olacaq.
Hazırlıq çərçivəsində yığma üzvləri laktat testi verəcək. Həmçinin 4 yoxlama oyunu təşkil olunacaq.
0
0