Millimiz Almaniyada 2 yoxlama oyunu keçirəcək
04.03.2015 - 11:29
Millimiz Almaniyada  2 yoxlama oyunu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyaya gedəcək. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə martın 14-dən 22-dək Heusenstamm şəhərində təlim-məşq toplanışında olacaq.

 

Hazırlıq dövründə yığmamızın 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Lakin rəqiblərin adları hələ tam dəqiqləşməyib.

 

Qeyd edək ki, yığmamız fevralda Finlandiya və İrlandiyada toplanışda olub bu ölkələrin milliləri ilə yoxlama oyunları keçirmişdi. Skandinaviya təmsilçisi ilə 2 dəfə heç-heçə edən (2:2, 1:1) komandamız adalılara məğlub (0:6, 0:2) olmuşdu.

 

Mənbə: affa.az