Robert Prosineçkinin baş məşqçi postuna keçməsindən sonra Azərbaycan yığması ilk toplanışını fevralın 20-26-da Antalyada keçirəcək. Apasport.az saytının məlumatına görə, millimiz qardaş ölkəyə çarter reysi ilə yollanacaq.
Əsas millimizlə yanaşı, 16 və 21 yaşadək futbolçulardan ibarət yığmalarımız da Antalyada təlim-məşq toplanışı keçəcəklər. Hər 3 milli toplanışı fevralın 26-da başa vuracaq.
Qeyd edək ki, digər milli komandalarımızdan fərqli, U-19 Finlandiyada təlim-məşq toplanışında olacaq. Nikolay Adamın yetirmələri fevralın 16-dan adıçəkilən ölkədə bir həftəlik toplanış keçəcək.