Millimiz Antalyaya gedir
04.02.2014 - 13:27
Millimiz Antalyaya gedir

17 yaşadək futbolçulardan ibarət yığmamızın təlim-məşq toplanışı olacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Mirbağır İsayevin yetirmələri fevralın 15-dən 27-nə qədər Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.

Toplanış seleksiya xarakteri daşıyacaq və yeni oyunçuların cəlb olunmasına xidmət edəcək. Hansı futbolçuların bu toplanışa dəvət olunacağı daha sonra bilinəcək.