Millimiz Avstriyaya 19 futbolçu ilə yollanacaq
29.09.2014 - 09:56
Millimiz Avstriyaya 19 futbolçu ilə yollanacaq

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 3-dən 10-a qədər Avstriyada təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-dan 17-dək Macarıstanda Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək yığmamız səfərə 19 oyunçu ilə çıxacaq.

 

Komandanın məşqçilər korpusu toplanışa Alina Mihaelis, Mərvə Özdəmir (hər ikisi “Ayntraxt”, Almaniya), Dilge Uyğun, Zəhra İnceoğlu (hər ikisi “Frakfurt”, Almaniya), Günay İsmayılova (“Fidan”), Çağla Miray Kanpara (“Lubars”, Almaniya), Nərmin Rəhmanova, Roza Quliyeva, Sanay Fətullayeva, Firəngiz Teymurova, Nərmin İsmayılova, Ceylan Əmirəliyeva  (hamısı “Səbayil”), Gültac Məmmədəliyeva (“Sumqayıt”), Vüsalə Hacıyeva (“Tovuz”), Adelina Nəziri (“Bohum”, Almaniya), Diana Məmmədova (“Yenisey”, Rusiya), Manə Mollayeva, Kristina Bakarandze, Ana Romançuki (hamısı “Zaqatala”) dəvət edib.

Qeyd edək ki, seçmə mərhələdə yığmamız İsveçrə, Macarıstan və Portuqaliya ilə qarşılaşacaq.

 

11 oktyabr

15:30. İsveçrə - Azərbaycan

 

13 oktyabr

15:30. Azərbaycan - Macarıstan

 

16 oktyabr

15:30. Portuqaliya - Azərbaycan