Millimiz beynəlxalq turnirdə iştirak edəcək
28.01.2014 - 11:52
Millimiz beynəlxalq turnirdə iştirak edəcək

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirə dəvət alıb. Apasport.az saytının məlumatına görə, millimiz martın 3-dən 6-dək Latviyanın paytaxtı Riqada keçiriləcək "Federasiya kuboku"nda iştirak edəcək.

 

Turnirdə 4 komanda mübarizə aparacaq. Latviya, Ukrayna və Finlandiyanın müvafiq yaş qrupundan ibarət yığmaları da kubok uğrunda yarışa qatılacaq.