Millimiz Daşkənd turnirinə məğlubiyyətlə başladı
01.12.2014 - 17:46
Millimiz Daşkənd turnirinə məğlubiyyətlə başladı

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən futzal üzrə beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda çıxış edən 4 komanda sırasında yer alan Azərbaycan millisi yarışa uğursuz başlayıb.

 

“Tashkent Cup-2014”ün ilk oyun günündə Qazaxıstanla qarşılaşan yığmamız 1:4 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu 36-cı dəqiqədə Rəcəb Fərəczadə vurub. Hesab 0:3 olarkən fərqlənən futzalçımızın fərqlənməsindən sonra da yığmamız oyunda dönüş yarada bilməyib.

 

Qeyd edək ki, komandamız sabah keçiriləcək II turda Belarusla görüşəcək.