Millimiz ikinci, Özbəkistan yığması üçüncü dəfə
18.08.2014 - 15:32
Millimiz ikinci, Özbəkistan yığması üçüncü dəfə

Azərbaycan millisi tarixində ikinci dəfə avqustun 20-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, həmin gün Özbəkistanla yoldaşlıq oyununda qüvvəsini sınayacaq yığmamız indiyədək yalnız bir dəfə həmin tarixdə rəsmi matç keçirib.

 

Bu da 6 il əvvələ təsadüf edib.

 

Almaniyalı baş məşqçi Berti Foqtsun yetirmələri həmin vaxt İslandiya ilə qarşılaşıb. Reykyavikdəki görüşdə qalib müəyyənləşməyib – 1:1.

 

Qarşıdakı görüş Asiya təmsilçisi üçün isə avqustun 20-dəki 3-cü görüş olacaq. Belə ki, özbəkistanlılar 2003-cü ildə Latviya, 2008-ci ildə isə Omanla qarşılaşıb. 11 il əvvəl 3 cavabsız qolla darmadağın olan asiyalılar ikinci cəhddə 2:0 hesabı ilə qalib gəlib.