Millimiz ikinci pillədə
03.12.2014 - 09:09
Millimiz ikinci pillədə

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq futzal turnirində II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyununda meydan sahibləri ilə Qazaxıstan yığmaları qarşılaşıb.

 

Bu görüşdə komandalar hərəyə 1 qolla 1 xal əldə edib. Bu isə Azərbaycan millisini son tur öncəsi 2-ci pillədə qərarlaşmasına səbəb olub.

 

Belə ki, ilk turda Qazaxıstana 1:4 hesabı ilə uduzub, ardınca Belarusu 2:1 hesabı ilə məğlub edən komandamız Özbəkistanla matçda 2-ci yeri qorumağa çalışacaq.

 

1

Qazaxıstan

2

1

1

0

5-2

4

2

AZƏRBAYCAN

2

1

0

1

3-5

3

3

Özbəkistan

2

0

2

0

2-2

2

4

Belarus

2

0

1

1

2-3

1