Millimiz Rusiyada xalsız qaldı - YENİLƏNİB
24.03.2014 - 11:45
Millimiz Rusiyada xalsız qaldı - YENİLƏNİB

19 yaşadək qızlardan ibarət yığmamız Soçidə təşkil olunan ənənəvi “Kuban baharı” turnirinin qrup mərhələsində bu gün son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, B qrupunda mübarizə aparan komandamız özü kimi xalsız olan Rumıniya millisi ilə görüşüb.

Qələbə qazanacağı halda yarışın 1/4 final mərhələsinə qatılmaq şansı əldə edəcək millimiz bu tapşırığın öhdəsindən gələ bilməyib. Belə ki, Patrisiya Qonsalesin yetirmələri 33, 35 və 63-cü dəqiqələrdə buraxdığı qollarla qrup sonuncusu olmasını rəsmiləşdirib.

İndi millimiz turnirin 9-12-ci pillələri uğrunda mübarizəyə qatılacaq. Ancaq komandamızın rəqibi günün son matçlarından sonra müəyyənləşəcək.


AZƏRBAYCAN – Rumıniya - 0:3
Qollar: 
Batya, 33; Voyku, 35; 63 - penalti

B qrupu

Rusiya

2

2

0

0

5-0

6

İsrail

2

2

0

0

2-0

6

Rumıniya

3

1

0

2

3-3

3

AZƏRBAYCAN

3

0

0

3

0-7

0


Qeyd edək ki, millimiz qrupun digər görüşlərində İsrailə 0:1 və meydan sahibi olan Rusiyaya 0:3 hesabı ilə məğlub olub.

0