İspaniyanın San-Sebastyan şəhərində keçirilən "Donosti Cup" turnirində çıxış edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Patrisiya Qonzalesin yetirmələri "Marino CD" komandası ilə qarşılaşıblar.
Yığmamız bu görüşdə 1:0 hesablı qələbə qazanıb. Ardıcıl 3-cü dəfə qalib gələn komandamızın heyətində Melis Sarıaltın fərqlənib.
Qeyd edək ki, futbolçularımız bu turnirdə keçirdiyi əvvəlki oyunları da qələbə ilə başa vurub. "Atletiko Vilafranka" komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız "Amara Berri K.E" üzərində 4:0 hesablı qələbə qazanıb.
Mənbə: affa.az