Millimiz İsveçlə qarşılaşacaq
26.10.2015 - 10:06
Millimiz İsveçlə qarşılaşacaq

Azərbaycan millisinin futzal üzrə dünya çempionatının seçmə mərhələsindəki rəqiblərinin tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 10-13-də keçiriləcək əsas seçmə mərhələdə Xorvatiya və Belarusla yanaşı, İsveç də yığmamıza rəqib olacaq.

 

Xorvatiyada keçiriləcək II qrupun oyunlarına vəsiqəni təsnifat mərhələsində qazanan skandinaviyalılar dünən başa çatan mini-turnirdə qalib gəliblər. Monteneqro (3:3), San-Marino (9:4) və Yunanıstanla (4:1) eyni qrupda 1-ci olan İsveç öz meydanında keçirilən yarışdakı qələbə sayəsində millimizə rəqib olub.

 

Qeyd edək ki, seçmə mərhələdə ilk iki yeri tutan komandalar pley-offa vəsiqə qazanacaq.