Millimiz İtaliya ilə oyun öncəsi itki ilə üzləşdi
02.02.2014 - 10:47
Futzal üzrə Azərbaycan millisinin əsas heyət üzvlərindən olan Amadeu zədələnib. Apasport.az saytının Belçikaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Sloveniya ilə görüşdə braziliyalı ayağından zədə alıb. “Araz”ın futzalçısı komandanın əksər üzvlərindən fərqli, dünənki məşqdən sonra Rusiya – Portuqaliya oyununa baxmağa yox, birbaşa millinin Antverpendə məskunlaşdığı “Lindner” otelinə yollanıb.
Qeyd edək ki, Sloveniya üzərindəki qələbədə Amadeunun böyük rolu var. “9” nömrə görüşün 26-cı saniyəsində hesabı açmışdı.
0
0