Millimiz Latviyada sülh gördü
30.08.2014 - 10:38
Millimiz Latviyada sülh gördü

Latviyada təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət yığmamız növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Latviya U-19-na qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Millimizin heyətində “Səbail” klubunun yarımmüdafiəçisi Aysun Əliyeva fərqlənib.

Qeyd edək ki, U-19 bundan öncə Riqada Latviya U-17-si ilə görüşmüş və 3:0 hesabı ilə qalib gəlmişdi.