Millimiz Makedoniyaya uduzdu
06.11.2014 - 09:35
Millimiz Makedoniyaya uduzdu

Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyunlarına Skopyedə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət millimiz dünən son yoldaşlıq matçını keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri Makedoniya U-18-i ilə görüşüb.

 

Hesabı ilk hissədə “Vardar”ın hücumçusu Petar Petkovski açıb. 74-cü dəqiqədə “Bakı”nın futbolçusu Mahir Mədətov ikinci sarı vərəqə almaqla komandamızı azlıqda qoyub. Bundan 3 dəqiqə sonra isə meydan sahibləri penaltidən fərqlənib. “Turnovo”nun yarımmüdafiəçisi Valentin Koçovski görüşdə yekun nöqtəni qoyub – 2:0.

 

Qeyd edək ki, millimiz bugündən Macarıstanın paytaxtı Budapeştdə hazırlıqlara başlayacaq. U-19-un rəqibləri meydan sahibi Macarıstan, Slovakiya və Sloveniya yığmalarıdı.