Millimiz Moldova ilə qarşılaşacaq
04.09.2014 - 14:32
Millimiz Moldova ilə qarşılaşacaq

Avqustun 31-dən Moldovada təlim-məşq toplanışında olan 17 yaşadək qız futbolçulardan ibarət yığma komandamız sabah yerli yığma ilə növbəti yoldaşlıq matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, bu görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

 

Tərəflərin ikinci görüşü paytaxt Kişinyovda keçiriləcək. Qarşılaşma “Zimbru”nun stadionunda oynanılacaq.

 

Qeyd edək ki, tərəflərin dünən Ternovkada keçirilən ilk görüşündə millimiz Moldova U-17-nə 5:2 hesabı ilə qalib gəlib. Siyasət Əsgərovun yetirmələrindən qolu Zəhra İncəoğlu (15, 26), Roza Quliyeva (56) və Manə Mollayeva (65, 69), meydan sahiblərindən isə Karolina Tsabur (3, 32) vurub.