Yığmamız Moldovada sülhlə başladı - YENİLƏNİB
05.03.2014 - 18:50
Yığmamız Moldovada sülhlə başladı - YENİLƏNİB
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri Moldovada bu ölkədən olan həmyaşıdları ilə görüşüb.

AVRO-2015-in seçmə mərhələsində mübarizəni davam etdirən yığmamız səfər qarşılaşmasından heç-heçə ilə ayrılıb. Tiraspolda baş tutan qarşılaşmanın ilk yarısında qapısından qol buraxan millimiz yalnız matçın sonlarında bərabərlik topunu vurub.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri arasında buna qədərki son yoxlama oyunu da eyni hesab qeydə alınmışdı. Həmin matç 2012-ci il noyabrın 14-də baş tutub və rəqiblər heç-heçə ilə ayrılıb – 1:1.
 

 

Yoldaşlıq oyunu

5 mart

MOLDOVA (U-21) – AZƏRBAYCAN (U-21) - 1:1
Karp, 45 - Azər Salahlı, 83

Baş hakim: Sergey Derenov

Baş hakimin köməkçiləri: Filip Aleksançin, Denis Qala

Dördüncü hakim: Yuri Kovtun (hamısı Moldova)

Tiraspol. “Şerif” İdman Kompleksi

Moldova: 1. Aleksey Koşelyov, 2. İon Prodan, 3. Maksim Fokşa, 4. Viktor Georgiu, 5. Konstantin Boqdan, 6. Vasili Jardan, 7. Yevgeni Zasavitski (k), 8. Vadim Ratsa, 9. Georgi Anton, 10. Ketelin Karp, 13. İqor Dima
Ehtiyat oyunçular: 12. Viktor Buqa, 11. Nikolay Milinçanu, 14. Yuri Mırza, 15. İon Ursu, 16. Dan Spetaru, 17. Sergey Matey, 18. Dani Qraur, 19. Maksimilian Modırke
Baş məşqçi: Aleksandr Kurteyan

AZƏRBAYCAN: 1. Andrey Popoviç, 3. Tərlan Quliyev (k), 4. Ürfan Abbasov, 5. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 7. Elşən Abdullayev, 8. Taşkın İltər, 9. Ağabala Ramazanov, 10. Ümüt Sönməz, 15. Rəşad Eyyubov, 16. Ruslan Tağızadə
Ehtiyat oyunçular: 22. Şahruddin Məhəmmədəliyev, 2. Azər Salahlı, 11. Məhəmməd Qurbanov, 14. İlqar Ələkbərov, 17. Namiq Ələsgərov, 18. Kərəm Benke, 20. Bəxtiyar Həsənalızadə
Baş məşqçi: Bernhard Lippert
0