Yığmamız qara sarğıda
15.05.2014 - 16:30
Yığmamız  qara sarğıda

Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatına AFFA-da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, qurum 18 yaşadək qızlardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunan UEFA-nın inkişaf mini-turnirinin son oyununda Türkiyədə ölənlər yad olunmasını məqsədəuyğun sayıb.

 

Bu məsələdə yarışın təşkilatçısı UEFA-nın da razılığını alan AFFA mayın 16-da keçiriləcək Azərbaycan - Rusiya oyunundan əvvəl faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılmasına nail olub. Bayıl stadionunda keçiriləcək və saat 14:00-da başlayacaq qarşılaşmaya millimizin üzvləri qara sarğı ilə çıxacaq.

 

Mənbə: affa.az