Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edən Azərbaycan millisi tarixini rekordunu yeniləyə bilməyəcək. Apasport.az saytının məlumatına görə, Cənubi Koreyaya 0:3 hesabı ilə məğlub olan 1997-ci il təvəllüdlülərdən ibarət yığmamız həlledici oyun günündə 5-ci yer uğrunda mübarizə aparacaq.
Bu isə o deməkdir ki, komandamız ən yaxşı halda 5-ci, ən pis halda 6-cı yeri tutacaq. Bununla da 2009-cu ildən Rusiyadakı yarışda iştirak edən komandamız tarixinin ən yaxşı nəticəsini göstərmək imkanını qaçırıb. İndi 2010-cu ildəki nəticəsini təkrarlamaq imkanı əldə edən milli bu dəfə də ilk “dördlük”dən kənar qalacaq.
|
il |
yer |
iştirakçı sayı |
|
2009 |
7-ci yer |
8 komanda |
|
2010 |
5-ci yer |
8 komanda |
|
2011 |
7-ci yer |
8 komanda |
|
2012 |
12-ci yer |
12 komanda |
|
2013 |
12-ci yer |
16 komanda |
|
2014 |
13-cü yer |
16 komanda |
|
2015 |
5-6-cı yer |
18 komanda |