Millimiz Sankt-Peterburqda: Rekord və yubiley
08.01.2015 - 12:00
Millimiz Sankt-Peterburqda: Rekord və yubiley

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin dünən baş tutan oyunu Azərbaycan yığması üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, əsasən “Zenit”in yetirmələrindən təşkil olunan Sankt-Peterburq yığmasına 2:4 uduzan 1997-ci il təvəllüdlülərdən ibarət yığmamız matçdan rekord və yubileylə ayrılıb.

 

Belə ki, “İnter”in futbolçusu İlkin Sadıqovun vurduğu qol yığmamızın bu turnirdəki 30-cu qolu olub. Belə ki, bu matçadək millimiz 2009-cu ildən qatıldığı Rusiyadakı turnirdə 28 qol vurmuşdu.

 

Nikolay Adamın yetirmələri Bu il keçirilən yarışda isə 3-cü matçında qol sayını 7-yə çatdırıb.  Bu isə komandamız üçün Sankt-Peterburq turnirindəki ən yüksək məhsuldarlıqdır. Əvvəlki rekord 2013-cü ildə qeydə alınmışdı. Həmin vaxt millimiz 5 qol vurmuşdu.