Millimiz Türkiyə ilə qarşılaşacaq
12.02.2014 - 18:19
Millimiz Türkiyə ilə qarşılaşacaq

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması 2 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, ispaniyalı baş məşqçi Patrisiya Qonzalesin yetirmələri Türkiyə toplanışı çərçivəsində bu ölkənin millisi ilə qarşılaşacaq.

İki ölkə təmsilçiləri febralın 22-də və 2 gün sonra üz-üzə gələcək. İlk qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. İkinci matçın startı isə 15:00-da planlaşdırılıb.

Qeyd edək ki, hər iki oyun Antalyadakı Emirhan İdman Kompleksində baş tutacaq.