Millimiz türklərə darmadağın oldu - YENİLƏNİB
21.01.2014 - 18:18
Millimiz türklərə darmadağın oldu - YENİLƏNİB

Bu gün Türkiyədə 16 yaşadək futbolçular arasında keçirilən Egey kubokunda 2-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, U-17-nin baş məşqçisi Mirbağır İsayevin rəhbərlik etdiyi millimiz meydan sahibləri ilə görüşüb.

Bakı vaxtı ilə saat 16:30-da başlayan görüş millimizin turnirdə ilk yenilgisinə səbəb olub. Belə ki, türklər qapımıza 7 dəfə yol tapıb. Yalnız Qara Qarayev bu toplardan birinin əvəzini çıxıb.

Qeyd edək ki, Mirbağır İsayevin yetirmələri ilk turda Yunanıstanla qolsuz heç-heçə etmişdi. Komandamız turnirin qrup mərhələsində sonuncu oyununu yanvarın 23-də, Bakı vaxtı ilə saat 14:00-da Ukraynaya qarşı keçirəcək. Millimiz 3-cülük uğrunda yarışmaya qatılmaq üçün mütləq slavyanlara qalib gəlməlidir.

 

Türkiyə - AZƏRBAYCAN - 7:1

 

Yer

Komanda

O

Q

H

M

T/F

X

1

Türkiyə

2

1

1

0

8-2

4

2

Ukrayna

2

0

2

0

2-2

2

3

Yunanıstan

2

0

2

0

0-0

2

4

Azərbaycan

2

0

1

1

1-7

1